Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ötən il pərakəndə ticarət şəbəkələrində əhalinin bir nəfəri orta hesabla ayda 550,2 manat xərcləyib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xərclənən vəsaitin 54,5%-i və ya 300,3 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 45,5%-i və ya 249,9 manatı qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 508 manat xərcləyib və bu vəsaitin 278,8 manatı (54,9%) ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 229,2 manatı (44,1%) isə qeyri-ərzaq mallarının alınmasına sərf edilib.Elnur Əli Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.