Ötən il fundamental tədqiqatların əksəriyyəti Qarabağ bölgəsi ilə bağlı olub

27.01.2026

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AMEA-nın Rəyasət Heyətinin iclasında Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib. 

525.az xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Bölmədə 2025-ci il üzrə əldə olunan nailiyyətləri əks etdirən sərginin FRTEB-in həyata keçirdiyi əhəmiyyətli layihələr, elmi tədqiqat işləri və əldə olunan mühüm elmi nəticələr barədə dolğun və aydın təsəvvür yaratdığını, Bölmədə fəaliyyət göstərən alim və mütəxəssislərin ölkə elminin inkişafına mühüm töhfələr verdiyini vurğulayıb.
AMEA rəhbəri Bölmənin ötən il üzrə fəaliyyəti ilə bağlı mühüm məqamlardan birinin Springer və digər nüfuzlu beynəlxalq bazalarda nəşr olunan kitab və məqalələrin sayının artması olduğunu söyləyib, bu istiqamətdə əldə olunan uğurların beynəlxalq elmi mühitə inteqrasiya baxımından böyük önəm daşıdığını qeyd edib. O, həmçinin Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Azərbaycan Astronomiya Jurnalı”nın Scopus elmmetrik bazasına daxil olmasını bütövlükdə Bölmənin mühüm nailiyyəti kimi qiymətləndirib.

“2025-ci ildə fundamental və tətbiq xarakterli tədqiqatların əksəriyyəti Qarabağ bölgəsində aparılan bərpa və inkişaf prosesləri ilə bağlıdır”, – deyən akademik İsa Həbibbəyli bu istiqamətdə həyata keçirilmiş işlərin və innovativ layihələrin regionun dayanıqlı inkişafına, infrastrukturun bərpasına və sosial-iqtisadi proseslərin elmi əsaslarla qurulmasına xidmət etdiyini vurğulayıb.

Bölmə üzrə gənc tədqiqatçıların fəaliyyətini xüsusi qeyd edən akademik İsa Həbibbəyli gənc alimlərin elmi prosesə fəal cəlb olunmasını müsbət hal kimi dəyərləndirib. Bölmədə həyata keçirilən gənclər siyasətinin məqsədyönlü və sistemli xarakter daşıdığını, yüksəkixtisaslı peşəkar kadrların yetişdirilməsi və onların dünya elminə inteqrasiyası istiqamətində mühüm nəticələrin əldə edildiyini vurğulayıb.
Daha sonra Bölmənin hesabatı dinlənilib.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью