Ötən il Gəncədə daşınmış sərnişinlərin sayı 100 milyonu keçib

10.02.2025

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nəqliyyat sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 2024-cü ilin yanvar-dekabr aylarında Gəncə şəhəri üzrə ilkin məlumatlara əsasən 100,5 milyon nəfər sərnişin daşınıb.

Avtosfer.az bu barədə Gəncə Şəhər Statistika İdarəsinə İstinadən xəbər verir. Avtomobil nəqliyyatı sahəsində 5,1 milyon ton yük daşınıb.

2023-cü ilin yanvar-dekabr aylarına nisbətən sərnişin daşınması 9,4 faiz, yük daşınması isə 7,1 faiz artıb.

İnformasiya və rabitə müəssisələri tərəfindən 2024-cü ilin yanvar-dekabr aylarında  8,1 milyon manatlıq xidmət göstərilmiş, xidmətlərin 95,9 faizi əhali tərəfindən istehlak olunub. 

Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 73,5 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 26,5 faiz təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью