Ötən il Gürcüstan 71 Azərbaycan vətəndaşını deportasiya edib

22.01.2025

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Ötən il Gürcüstandan 71 nəfər Azərbaycan vətəndaşı deportasiya edilib.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin hesabatında bildirilib.

Sənədə əsasən, yanvar-mart aylarında qonşu ölkədən 5, aprel-iyun aylarında 23, iyul-sentyabr aylarında 18, oktyabr-dekabr aylarında isə 25 Azərbaycan vətəndaşı çıxarılıb.

Hesabat ilində Gürcüstandan ən çox deportasiya edilmiş əcnəbilər arasında Azərbaycan vətəndaşları ilk yeri tutub.

2024-cü ildə qonşu ölkədən çıxarılmış əcnəbilərin ümumi sayı 363 nəfər təşkil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью