Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard ABŞ dolları təşkil edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin 2025-ci il üzrə ilkin hesabatında bildirilib.
İllik müqayisədə ticarət əməliyyatlarının həcmi 3,82% artıb.
Hesabat ilində Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 5,3% payla qonşu ölkənin əsas ticarət tərəfdaşları arasında Türkiyə, ABŞ, Rusiya, Çin, Qırğızıstan və Almaniyadan sonra yeddinci yerdə qərarlaşıb.
Gürcüstandan Azərbaycana 697,2 milyon ABŞ dolları dəyərində məhsul ixracı həyata keçirilib ki, bu da illik müqayisədə 3,8% azdır.
Azərbaycan Gürcüstanın ixracında 9,6% payla qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Qırğızıstan, Qazaxıstan və Rusiyadan sonra dördüncü yeri tutub.
Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 2024-cü illə müqayisədə 13,2% artaraq 661 milyon ABŞ dollarına bərabər olub.