Ötən il hərbi cinayətlərin ümumilikdə, 98,8 faizi açılıb

21.01.2025

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2024-cü ildə Hərbi Prokurorluq orqanları tərəfindən qeydə alınan cinayətlərin, ümumilikdə, 98,8 faizi, o cümlədən bəzi qəbildən olan cinayətlərin 100 faizi açılıb.

"Report" xəbər verir ki, bunu Hərbi prokuror Xanlar Vəliyev Hərbi Prokurorluqda 2024-cü ildə görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş kollegiya iclasında deyib.

O bildirib ki, eydə alınan cinayətlər əvvəlki illə müqayisədə ümumilikdə 19,3 faiz, qeyri-hərbi cinayətlər 21,5 faiz, hərbi xidmət əleyhinə olan cinayətlər isə 17,5 faiz azalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью