Ötən il ilk dəfə olaraq Özbəkistanda xarici turistlərin sayı 10 milyon nəfəri keçib | Icma…
Icma.az, 525.az portalına istinadən məlumat verir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə regionların turizm potensialının a
525.az xəbər verir ki, Özbəkistan lideri bildirib ki, son illər ölkədə turizm xidmətlərinin ixracı 1,6 dəfə artaraq 3 milyard 500 milyon dol
Bu sahədə iki mindən çox yeni sahibkar fəaliyyətə başlayıb. Ötən il xarici turistlərin sayı ilk dəfə olaraq 10 milyon nəfəri keçib.
Regionlarda turizm və xidmət infrastrukturu sürətlə inkişaf edir.
Son 8 ildə sənayeyə 6,5 milyard dollar sərmayə qoyulub, qonaqlar üçün 130 min yer yaradılıb. Bu gün ölkədə 20 turizm kəndi var.
Parkent rayonundakı Oltın Bel zirvəsində yeni beynəlxalq xizək zonası yaradılır.
Qeyd olunub ki, əslində, ölkənin tarixi, mədəni və təbii sərvətlərini nəzərə alsaq, turistlərin sayını daha 2-3 dəfə artırmaq olar.
Ancaq bəzi bölgələrdə yolların və nəqliyyat əlaqələrinin əlverişsiz olması, əyləncə məkanlarının olmaması və maraqlı turizm proqramları kimi çatışmazlıqlar var.
Tam oxu
Xəbəri oxu