Ötən il İranda 2000 nəfər edam edilib

02.01.2026

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


İranda 2025-ci ildə narkotik , qətl, casusluq və təcavüz kimi cinayətlərə görə 1922 nəfər edam edilib.

Bakupost.az xəbər verir ki. İnsan Haqları Fəalları Xəbər Agentliyi 2025-ci ildə İranda insan haqlarının pozulması ilə bağlı 85 səhifəlik hesabat dərc edib. Hesabatda 2015-2025-ci illər arasında İranda edamların sayı ilə bağlı rəqəmlər yer alıb.

Statistikaya görə, 2025-ci ildə İranda 1922 nəfər edam edilib ki, bu da son 10 ildə ən yüksək göstəricisidir. Hesabatda həmçinin bildirilir ki, ötən il edam edilənlərin 87 faizi kişi, 3 faizi qadın olub. 10 faizin isə cinsini müəyyən etmək mümkün olmayıb.(Teleqraf)


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью