Ötən il istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı ən çox müraciət qeyri qida sahəsindən olub

30.01.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 30 yanvar, AZƏRTAC

Ötən il ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət fəaliyyəti ilə əlaqədar baxılmış 7979 istehlakçı müraciətinin 3880-i qeyri-qida; 3472-si xidmət; 366-sı qida; 124-ü dərman vasitələri və tibbi avadanlıqlar; 20-si tütün məmulatları; 117-si digər sahələrlə bağlı olub.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, qurumun istehlak bazarında tənzimləyici tədbirləri istehlakçıları ədalətsiz biznes təcrübələrindən qoruyur, bizneslərin hesabatlılığını təmin etməklə istehlakçı rifahının yüksəldilməsinə töhfə verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью