Ötən il istehlakçılara qaytarılan məbləğ açıqlandı Yeni Çağ Media

24.01.2025

Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 2024-cü il ərzində istehlakçılardan daxil olan müraciətlər nəzərə alınmaqla təmin olunmuş 2702 müraciət əsasında 436 min manatadək vəsait istehlakçılara qaytarılıb.

Dövlət Xidmətindən Yenicag.az-a bildirilib ki, qurum tərəfindən sahibkar-istehlakçı münasibətlərinin tənzimlənməsi və istehlakçıların qanuni maraqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərlə müştəri məmnuniyyətinin və etibarlılığın təmin edilməsinə nail olunur.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью