Ötən il İtaliya Azərbaycanın əsas neft idxalçısı olub | Icma.az
Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az İtaliya 2025-ci ildə Azərbaycandan 6 milyard 727 milyon 698 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 26 milyon 718 min dollar və ya 0,4% azdır.
Hesabat dövründə İtaliyanın idxal etdiyi neftin həcmi isə illik müqayisədə 19,7% artaraq 13 milyon 111 min 476 tona çatıb.
Qeyd edək ki, bu dövrdə İtaliya Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub.
Hesabat ili ərzində iki ölkə arasındakı ticarət dövriyyəsinin dəyəri isə 11 milyard 860 milyon 412 min dollara bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!! Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən ak
Tam oxu
Xəbəri oxu