Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 28 yanvar, AZƏRTAC
Ötən il kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 5.9 faiz təşkil edib.
Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən məlumat verilib.
2025-ci ildə 1,108.9 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub. Kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 18,5 faiz artıb.
Keçən il yun, barama, kartof, tərəvəz və bostan məhsulları istisna olmaqla, digər kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb.