Ötən il korrupsiya ilə bağlı 11 671 müraciətə baxılıb

22.01.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində tərəfindən vətəndaşların 11 671 müraciətinə baxılıb.

"Cebheinfo.az" xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi zamanı qeyd edilib. Bildirilib ki, müvafiq dövr ərzində Baş İdarədə 910 vətəndaşın qəbul edilməsi təmin edilib.

Qeyd edilən müddət ərzində Baş İdarədə 315 müraciət və digər məlumatlara cinayət xarakterli material kimi baxılmış, 267 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, 48 material, o cümlədən 14-ü üzrə vurulmuş maddi ziyan məbləğlərinin ödənilməsi də nəzərə alınmaqla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul olunub və digər prokuror təsir tədbirləri tətbiq edilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью