Ötən il metroda daşınan sərnişin sayına görə rekord qeydə alınıb

27.01.2025

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2024-cü ildə metro tarixində bir gündə daşınan sərnişin sayına görə rekord qeydə alınıb.


Sherg.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni”nin "Facebook" hesabında paylaşım edilib.

Qeyd edilib ki, 2024-cü il sentyabrın 16-da 898 180 sərnişin metrodan istifadə edib. 2-ci ən yüksək göstərici də ötən il qeydə alınıb. Belə ki, noyabrın 7-də metrodan 885 786 sərnişin istifadə edib.

3-cü rekord göstərici isə 2018-ci ilin 24 dekabr tarixinə təsadüf edir. Həmin gün metropoliten 882 254 sərnişinə xidmət göstərib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью