Ötən il milyonlar qazanan 5 idmançı

25.02.2025

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2024-cü ilin ən çox qazanan idmançıları açıqlanıb. Sport24.az xəbər verir ki, "SkySport"un siyahısında ilk pilləni Kriştiano Ronaldonu tutub.

"Əl-Nəsr"in formasını geyinən ulduz futbolçu ötən ildə 260 milyon dollar qazanıb. İkinci pillədə amerikalı basketbolçu Stefen Karri yer alıb. "Qolden Steyt"in üzvünün gəliri 153,8 milyon dollar olub. Boksçu Tayson Fyuri 147 milyon avro ilə üçüncü pillədədir. 

Argentinalı futbolçu Lionel Messi (135 milyon) 4-cü, amerikalı basketbolçu Lebron Ceyms (133,2 milyon) 5-ci yerləri tutublar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью