Ötən il minaların təmizlənməsinə nə qədər vəsait xərclənib? AÇIQLAMA

12.06.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2025-ci ilin dövlət büdcəsinin xərclərinin müvafiq istiqamətləri üzrə 4,5 milyard manat vəsait ayrılıb”.
Modern.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, ayrılan vəsaitin 4 mlrd. manatı infrastruktur təyinatlı layihələrin, 440 mln. manatı sosial təyinatlı layihələrin, 10 mln. manatı müdafiə və hüquq mühafizə təyinatlı layihələrin maliyyələşməsinə, 75 mln. manatı isə ərazilərin minalardan təmizlənməsinə yönəldilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью