Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2024-cü il ərzində Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən əvvəlki illə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 11,4% artaraq 3601,7 milyon manat təşkil edib.
"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onun da 71,2 faizi əhali tərəfindən istehlak olunub.
Qeyd edək ki, xidmətlərdən əldə edilən gəlirin 34,3 faizi və ya 1 milyard 235 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.