Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Naftalan, 2 fevral, Elcan Məmmədov, AZƏRTAC
2025-ci ildə Naftalan şəhəri üzrə ümumi məhsul buraxılışının həcmi 24 milyon 468 min manat olub. Məhsul buraxılışında xidmət sahələrinin xüsusi çəkisi 53,6 faiz təşkil edib. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi əvvəlki illə müqayisədə real ifadədə 12,3 faiz artaraq 41 milyon 216 min manata çatıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Naftalan Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, ictimai iaşə dövriyyəsi 11 milyon 321 min manat olub, pərakəndə ticarət dövriyyəsi isə 37 milyon 968 min manat təşkil edib. İl ərzində şəhərdə 30 yeni iş yeri yaradılıb.
2025-ci ildə Naftalan şəhərinə 44 min 548 turist səfər edib, onlardan 17 min 879-u xarici ölkə vətəndaşları olub.