Ötən il narkotiklə bağlı 7245 nəfər cinayət törədib

25.02.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən il narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 7245 şəxs müəyyən edilib.

APA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Məlumata görə, onların 36,3 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz azdır. Cinayət törətmiş şəxslərin 99,0 faizi cinayət məsuliyyətinə cəlb olunub, 1,0 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью