Ötən il Naxçıvanda kənd təsərrüfatı istehsalı 2 % artıb

15.01.2025

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2024-cü ildə Naxçıvan Muxtar Respublikasında 382 milyon 206 min 200 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.

Bu barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən "Report"un yerli bürosuna məlumat verilib.

Bildirilib ki, 2023-cü illə müqayisədə muxtar respublikanın kənd təsərrüfatının ümumi məhsulu istehsalı 2 % artıb.

Bunun 208 milyon 673 min 100 manatı bitkiçilik sahəsi üzrə, 173 milyon 533 min 100 manatı isə heyvandarlıq sahəsi üzrə olub. Ötən illə müqayisədə bitkiçilik məhsulları istehsalı 2,3 %, heyvandarlıq məhsulları istehsalı 1,6 % artıb.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью