Ötən il neçə nikah və boşanma qeydə alınınb?

17.02.2025

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü il ərzində ölkədə 49 min 508 nikaha daxilolma və 21 min 384 boşanma halları qeydə alınıb.

Moderator.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü illə müqayisədə 2024-cü ildə əhalinin hər min nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb.

Boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью