Ötən il ölkədə 14 mindən çox təbii və texnogen mənşəli hadisə baş verib

08.02.2025

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2024-cü il ərzində Azərbaycanda 14 min 856 təbii və texnogen mənşəli hadisə baş verib.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunan rəqəm 2023-cü illə müqayisədə 305 hadisə və ya 2% azdır:

"Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 83 nəfər həlak olub, 326 nəfər isə xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 114 nəfər xilas edilib, 1450 nəfər təxliyə olunub".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью