Ötən il ölkədə çay idxalı artıb

27.01.2025

Anews saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2024-cü ildə ölkə ərazisində çay istehsalı 2023-cü illə müqayisədə 7.2% artaraq 12 min 424.2 ton təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilib.

Bildirilib ki, ölkədə çay idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyəri 8.6% artaraq 76 milyon 487.8 min ABŞ dolları təşkil edib. 

Hesabat dövründə çay ixracı Azərbaycanın ümumi ixracının 0,02%-ni, çay idxalı isə ölkənin ümumi idxalının 0,36%-ni təşkil edib.

Ötən ilin yanvar-noyabrında ölkə ərazisində çay istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8.9% artaraq 11 min 528 ton təşkil edib.

Aytac Zeynalova


www.anews.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью