Ötən il övladlığa götürülən uşaqların sayı

26.08.2025

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən il övladlığa götürülən uşaqların sayı artaraq 165 uşaq olub. SİA xəbər verir ki, bu barədə “Azərbaycanda təhsil, elm və mədəniyyət" adlı statistik məcmuədə bildirilib.

Məlumata əsasən, 2023-cü ildə bu göstərici 137 nəfəri əhatə edib.

2024-cü ildə övladlığa götürülən uşaqlardan 26-sı bir yaşadək, 86-sı 1-5 yaş, 31-i 6-10 yaş, 22-si isə 11-17 yaşda olan uşaqlardır.

Ötən il övladlığa götürülən bir qız uşağının övladlığa götürülməsi barədə qərarı ləğv edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью