Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda ötən il qeydə alınan nikahların və boşanmaların sayı açıqlanıb.
APA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, 2024-cü il ərzində ölkədə 49508 nikaha daxilolma və 21384 boşanma halları qeydə alınmış və 2023-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşmüş, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalmışdır