Ötən il rezident bankların AMB də depozitləri 52% dən çox azalıb

23.05.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

31 dekabr 2024-cü il tarixinə rezident bankların Azərbaycan Mərkəzi Bankında (AMB) yerləşdirdiyi depozitləri (hesablanmış faiz daxil olmaqla) 1 milyard 268 milyon 460 min manat təşkil edib.

“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici əvvəlki illə müqayisədə 52.7% azdır. Belə ki, əvvəlki ildə rezident bankların AMB-də yerləşdirdiyi depozitlərin həcmi 2 milyard 681 milyon 989 min manat idi.

Qeyd edilib ki, 31 dekabr 2024-cü il tarixinə AMB-nin balansında olan 1 milyard 268 milyon 460 min manat dəyərində depozit (31 dekabr 2023: 1 milyard 175 milyon 224 min manat ) pul siyasəti çərçivəsində hərrac vasitəsilə daimi imkanlar aləti kimi cəlb edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью