Ötən il RİNN ə dövlət büdcəsindən 80 mln. manat vəsait ayrılıb

01.05.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Ötən il üzrə dövlət büdcəsindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) daxilolma 79,9 milyon manat təşkil edib.

Bu barədə RİNN-dən bildirilib.

Bu vəsait Nazirliyin Aparatı üzrə saxlanma xərcləri, Nazirlik və tabeli qurumları tərəfindən həyata keçirilən dövlət proqramları və layihələrin icrası üçün nəzərdə tutulub. 21,3 milyon manat daxilolma isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 18 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Universal telekommunikasiya xidmətlərinin göstərilməsi üçün operatora, provayderə lazım olan vəsaitin ayrılması və bu məqsədlə sərf olunan vəsaitin geri qaytarılması (kompensasiya) Qaydaları”na əsasən formalaşır və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 31.5-ci maddəsində nəzərdə tutulmuş xidmətlərin göstərilməsində istifadə edilir.

​​​​​​"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью