Ötən il Rusiyada öldürülən uşaqların sayı açıqlanıb

28.01.2025

Icma.az, Anews portalına istinadən məlumat verir.

2024-cü ildə Ukrayna silahlı qüvvələri tərəfindən 51 uşağın ölüb, 350-yə yaxın uşağın yaralanıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib.

"Uşaqlarımızın ölməsi və əziyyət çəkməsi ən ağrılıdır. 2024-cü ildə Ukrayna hərbçilərinin hərəkətləri nəticəsində 350-yə yaxın uşaq yaralanıb, 51 uşaq həyatını itirib", - o, brifinqdə deyib.

Miroşnikin sözlərinə görə, uşaqlar artilleriya atəşi, dronların mülki nəqliyyata, evlərə, oyun meydançalarına endirilməsi, mina və kaset sursatlarına basmaq nəticəsində ölüb və yaralanıblar.

"Ən çox uşaq Donetskdə olub.  127 nəfər yaralanıb, 11 nəfər ölüb, Belqorod vilayətində isə 88 uşaq yaralanıb, 12 uşaq ölüb", - diplomat əlavə edib.

Aytac


www.anews.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью