Ötən il Rusiyadan 80 min miqrant deportasiya olunub | Icma.az
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Miqrantlar nə etməlidir, əlbəttə ki, qanuni əsaslarla yaşamalıdırlarAzər Allahverənov Rusiya ərazisində müvəqqəti yaşayan miqrantların atacağı addımları açıqlayıbRusiyada miqrasiya sahəsində yeni qaydaların tətbiqi ilə əlaqədar bu ölkəni tərk etmək istəyən azərbaycanlılar ciddi problemlərlə üzləşiblər.
Xəbərlərə görə, 20-yə yaxın soydaşımız hazırda Mahaçqalada polis bölməsində saxlanılır. Belə ki, onların Rusiyada qalmaq icazəsi başa çatıb.
Bir çox şəhərlərə uçuşların dayandırılması və quru sərhədlərin bağlı olması səbəbindən həmin şəxslər Azərbaycana qayıda bilmirlər.
Məlumatlara görə, eyni problemlə üzləşən soydaşlarımızın sayı minlərlədir.
Qeyd olunur ki, Rusiya hüquq-mühafizə orqanları azərbaycanlılara təzyiq göstərir, onların ölkəni tərk etməsini tələb edirlər.
Hava və quru yollarının bağlı olması isə buna imkan vermir.Xatırladaq ki, bu il yanvarın 1-dən Rusiya Federasiyasında miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minib.
Yeni qaydalara görə, Azərbaycan vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gündür.
Tam oxu
Xəbəri oxu