Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya 2025-ci ildə 36 mindən çox Tacikistan vətəndaşını deportasiya edib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Tacikistanın Miqrasiya Xidməti məlumat yayıb.
Tacikistan Əmək Nazirliyindən isə bildirilib ki, deportasiyanın ən çox yayılmış səbəbi sənədlərin vaxtından gec qaydaya salınması olub.
2024-cü ildə isə 30 mindən çox Tacikistan vətəndaşının müxtəlif qanun pozuntularına görə Rusiyadan deportasiya edildiyi qeyd olunub.