Ötən il “Şahdəniz”dən 28 milyard kubmetr qaz hasil edilib | Icma.az
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.
2024-cü ildə “Şahdəniz” yatağı üzrə fəaliyyətlərə təxminən 2 milyard 203 milyon dollar əməliyyat xərcləri və təxminən 766 milyon dollar əsaslı xərclər çəkilib.
2023-cü illə müqayisədə əməliyyat xərclərində 0,41 faiz artım və əsaslı xərclərdə 14,13 faiz azalma qeydə alınıb.
AZƏRTAC bp-nin 2024-cü ilin yekun hesabatına istinadən xəbər verir ki, bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.
2022-ci ildə başlanmış “Şahdəniz Alfa” (SDA) elektrik təchizatı layihəsi 2024-cü ilin dördüncü rübündə uğurla tamamlanıb.
Bu layihə SDA platformasına ondan cəmi 8 kilometr aralıda yerləşən “Bravo” platformasından birbaşa elektrik enerjisi almaq imkanı yaradıb.
Elektrik enerjisinin ötürülməsi sualtı cərəyan və fiber-optik kabel vasitəsilə təmin olunur.
Bu modernləşdirmə SDA istismara veriləndən bəri orada istifadə olunan beş dizel generatoruna ehtiyacı aradan qaldırmaqla platformanın əməliyyat səmərəliliyini artıracaq, enerji təchizatının daha etibarlı, uzunmüddətli və fasiləsiz olmasını təmin edəcək və xərcləri azaldacaq.
Tam oxu
Xəbəri oxu