Ötən il sərxoş vəziyyətdə törədilmiş cinayətlərin sayı

14.08.2025

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda 2024-cü ildə sərxoş vəziyyətdə törədilmiş cinayətlərin sayı 168 olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin "Azərbaycanda hüquqpozmalar" adlı məcmuəsində qeyd edilib.

Bildirilib ki, bu göstərici 2023-cü ildə 193 olub.

Törədilən cinayətlərin 18-i ağır və xüsusilə ağır cinayətlərin, 5-i qəsdən adam öldürmə və öldürməyə cəhd, 20-si xuliqanlıq, 9-u ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin payına düşüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью