Ötən il tələbə qəbuluna 19,3 milyon manat xərclənib

12.06.2026

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

2025-ci ildə orta ixtisas təhsili müəssisələrinə və ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu ilə bağlı keçirilən imtahanlara büdcədən 19,3 milyon manat xərclənib.

Gununsesi.info  xəbər verir ki, bu barədə “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilir.

Qeyd edilir ki, ötən il tələbə qəbulu ilə bağlı keçirilən imtahanlara büdcədən xərclənən vəsait 2024-cü illə müqayisədə 0,4 milyon manat və ya 2,1 faiz çoxdur.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью