Ötən il təmir olunan məktəblərin sayı AÇIQLANDI

13.03.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dövlət büdcəsindən təhsil və elm xərclərinə 4.8 milyard manatdan artıq (artı 5.1%) vəsait ayrılıb.
Bizim.Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bugünkü iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.
"2025-ci ildə 31 təhsil müəssisəsində işlər yekunlaşdırılmış, 97 təhsil müəssisəsində (o cümlədən 70 modul tipli ) isə tikinti-quraşdırma işləri davam edir.  
 

Eyni zamanda, 959 təhsil müəssisəsində, o cümlədən 10 peşə, 4 kollec, 185 məktəbəqədər və 760 ümumi təhsil müəssisəsində cari təmir işləri aparılıb. 


Bu işlərin mərhələli şəkildə davam etdirilməsi planlaşdırılır"- deyə Əli Əsədov bildirib.
Günay Şahmar, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью