Ötən il Türkiyədə Azərbaycan sərmayəsi ilə 123 şirkət qurulub

16.02.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


2025-ci ildə Türkiyədə Azərbaycan sərmayəsi ilə 123 şirkət təsis olunub.
Yeniavaz.com
xəbər verir ki, yeni yaradılan şirkətlərin ümumi sərmayəsi 512 milyon lirə (15,4 milyon manat) olub və bu məbləğin 95,5%-ni (489 milyon lirə) Azərbaycan sərmayəsi təşkil edib.
Qeyd edək ki, ötən il Azərbaycan sərmayəsi ilə Türkiyədə təsis olunan şirkətlərin 24-ü səhmdar cəmiyyət (Anonim şirkət), 99-u isə Məhdud Məsuliyyətli Cəmiyyət (Limited şirkət) olub.
Onu da bildirək ki, qeydə alınan şirkətlərin təxminən yarısı – 60 şirkət topdan və pərakəndə ticarət sahəsində fəaliyyət göstərmək məqsədilə qeydə alınıb.
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью