Ötən il yanğınlarda 40 nəfər ölüb

08.02.2025

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

2024-cü il ərzində respublika ərazisində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 1649 olub.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğın hadisələri zamanı 40 nəfər həlak olub, 210 nəfər xəsarət alıb, bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 1 nəfər və ya 2%, xəsarət alanlar üzrə 42 nəfər və ya 25% çoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью