Ötən il yol qəzalarında 764 nəfər ölüb

19.02.2025

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən il 1427 və ya 2023-cü illə müqayisədə 12,8 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Məlumata görə, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,4 faiz azalaraq 1952 nəfər olub. Onlardan 764-ü həlak olub, 1188-i isə yaralanıb.

Hadisələrin 40,2 faizi gündüz, 38,4 faizi gecə, 21,4 faizi isə toran vaxtı baş verib, 29,7 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 86,8 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 12,1 faiz azalaraq 559 nəfər, yaralananların sayı isə 14,1 faiz azalaraq 1116 nəfər olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью