Ötən ilin ən çox qazananları Ronaldo birincidir

13.02.2025

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Sportico” portalı 2024-cü ildə ən çox qazanan idmançıların siyahısını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, birinci pillədə “Əl Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo yer alıb. O, ötən il 260 milyon dollar qazanıb.

İkinci sırada basketbolçu Stefen Karri yer alıb. Onun qazancı 153,8 milyon dollar olub. “Üçlüy”ü boksçu Tayson Furi tamamlayır – 147 milyon dollar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью