Ötən ilin qəza statistikası: 764 ölü, 1118 yaralı

19.02.2025

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Ötən il Azərbaycan yollarında 1427 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə "Unikal"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu qəzaların 189-u magistral yollarda, 1238-i yaşayış məntəqələrində qeydə alınıb.

Yol qəzalarının 574-ü gündüz vaxtı, 305-i toran vaxtı, 548-i isə gecə vaxtlarında baş verib.

Qəzalarda ümumilikdə 764 nəfər ölüb, 1118 nəfər isə xəsarət alıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью