Ötən illə müqayisədə gərəkli nəticələri çıxarmışıq Kurban Berdıyev

13.09.2025

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Misli Premyer Liqasının IV turu çərçivəsində doğma meydanda "Qəbələ"ni qəbul edən "Turan Tovuz" 1:0 hesablı qələbə qazanıb.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb:

"Güman etdiyimiz kimi, çətin oyun keçdi. "Qəbələ" çox yaxşı komandadır, sürətli hücumçuları var. 2-ci hissədə daha yaxşı oynadıq və qələbə qazandıq. Ötən illə müqayisədə gərəkli nəticələri çıxarmışıq. Müdafiə xəttini gücləndirmişik",

- Transfer dönəmini necə dəyərləndirərdiz?

- Prinsipcə, kimləri dəvət eləmişiksə onlardan razıyıq. İstəyirdik ki, mərkəz müdafiəçisi də heyətimizə qataq, lakin alınmadı. 

- Azərbaycan millisi bildiyiniz kimi baş məşqçi axtarışındadır. Fikrinizcə, yerli baş məşqçinin olması effektiv olar millidə, ya xarici?

- Bu suala cavab vermək istəmirəm. Ancaq oyun  haqda danışmaq istəyirəm.

Orxan Həsənquluyev

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью