Ötən sutka ilə müqayisədə bəzi çaylarda sululuq artıb

22.04.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 22 aprel, AZƏRTAC

Avtomat hidroloji stansiyaların aprelin 22-si saat 9:00-a olan məlumatına əsasən ötən sutka ilə müqayisədə bəzi çaylarda sululuq artıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Böyük Qafqaz ərazisindən axan Vəlvələçay-Afurcada 21, Katexçay-Qəbizdərədə 11, Qudiyalçay-Qımılda 10, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçay-Ağbaşlarda 2, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Tərtərçay-Vəngdə 14, Tərtərçay-Kəlbəcərdə 13, Bərgüşadçay-Əliquluuşağıda 11, Oxçuçay-Bürünlüdə 8, Zabuxçay-Bozlu və Tutqunçay-Comərddə 4 santimetr artım qeydə alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью