Ötən üç ayda DSMF dən 34 minə yaxın elektron arayış alınıb

04.04.2025

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu ilin yanvar-mart ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə 33 min 708 elektron arayış alınıb.

Bu barədə AZƏRTAC-a Fondun mətbuat xidmətindən məlumat verilib.

Həmin arayışların 9 min 943-ü pensiya, 12 min 35-i müavinət və təqaüd, 7 min 977-si fərdi şəxsi hesab, 1 589-u ünvanlı dövlət sosial yardımı, 5-i torpaq pay mülkiyyətçisi, 10-u şəhid ailəsi üzvü, 344-ü ünvanlı dövlət sosial yardımı ödənişləri, 728-i sağlamlıq imkanları məhdud olan uşaqlar, 1 077-si əlilliyi olan şəxslərə qulluqla bağlı olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью