Ötən yay mənə yaxşı təkliflər gəlmişdi, amma mən yalnız Real haqda düşünürdüm | Icma.az
Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Real"ın hücumçusu Kilian Mbappe 2024-cü ilin yayında “kral klubu”ndan savayı, digər komandalardan da təkliflər aldığını bildirib.
Sportal.az “Madrid Zone” nəşrinə istinadən xəbər verir ki, fransız futbolçu təkliflərin çox olmasına baxmayaraq, əsas məqsədinin “Real”a keçmək olduğunu deyib: "Digər klublar?
Yaxşı təkliflər var idi. Amma mən yalnız “Real” haqda düşünürdüm. Mən burada bir eranı qeyd etmək istəyirəm".
Bu mövsüm Mbappe “Real”ın heyətində 46 oyun keçirib, 32 qol vurub və 4 məhsuldar ötürmə edib.
Əlavə edək ki, 2024-cü il iyulun 1-də "Real"la 5 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu