Ötən yeddi ayda ölüm sayı açıqlandı

12.09.2025

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Cari ilin yeddi ayı ərzində ölkədə 34994 ölüm halı qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-iyul ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə qeyd olunub.

"2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5,9) qalıb", - məcmuədə bildirilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью