Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Şabran şəhərinin mərkəzindəki “Azadlıq” prospektində ərazicə yığcam, amma daim səliqə-sahmanlı bir park var.
Ən gözəgəlimli guşədə qara mərmərdən bir xatirə barelyefi ucaldılıb.
Oradan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin hamımıza doğma, tanış çöhrəsi boylanır.
Lap yaxın keçmişəcən həmin parkın yerində rayon Sanitar Epidemioloji Stansiyası yerləşirdi.
Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (hazırda ATU adlanır-müəlif) məzunu Çingiz Mustafayev təyinatla Sanitar Epidemoloji Stansiyasında əmək fəaliyyətinə başlamışdı.
Yadımdadır, ötən əsrin səksəninci illəri idi. Atam da o tibb müəssisəsində çalışırdı. O, Çingizin xətrini çox istəyirdi.
Çingiz haqqında söz düşəndə deyərdi ki, “bu bakılı balası çox qeyrətli oğuldur!