Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Özəl Tibb Müəssisələri Assosiasiyası (ÖTMA) Keyfiyyət Assosiasiyası İB ilə əməkdaşlıqda “Bakı KOB evi”nin dəstəyi ilə “Səhiyyə təşkilatının idarə edilməsi – Səhiyyə təşkilatlarında keyfiyyəti idarəetmə sistemləri – Tələblər” beynəlxalq standartının tətbiqi və sertifikatlaşdırılması üçün Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən təmənnasız maliyyə dəstəyinin göstərilməsi proqramının təqdimatını keçirib.
Tədbirdə ÖTMA üzvü tibb müəssisələri, səhiyyə menecmenti və tibb hüququ üzrə ixtisaslaşmış hüquq şirkətlərinin rəhbərləri, AYİB nümayəndələri iştirak ediblər.
ÖTMA sədri Günel Əliyeva səhiyyə sisteminin inkişafının əsas istiqamətlərindən biri kimi tibb müəssisələrində keyfiyyət standartlarının tətbiqinin əhəmiyyətindən söz açıb.
Bildirib ki, bu standartların tətbiqi pasiyent məmnuniyyətini, tibbi xidmətin təhlükəsizliyi, işçilərin profesional inkişafı, resurslardan səmərəli istifadəyə nail olmağa kömək edir.
ÖTMA sədri beynəlxalq əməkdaşlığa marağın artırılması və və investisiya cəlbedicliyinin gücləndirməsində keyfiyyət standartlarının tətbiqinin vacibliyini xüsusi vurğulayıb.
AYİB nümayəndəsi Samir Həmidov “Səhiyyə və tibb müəssisələrində keyfiyyət infrastrukturunun qurulmasina dəstək” layihəsi haqqında ətraflı məlumat verərək, İSO 7101:2023 beynəlxalq standartının özəl tibb müəassisələrində tətbiqi üzrə təlim, məsləhət xidmətlərinə necə dəstək verəcəklərini açıqlayıb.
S.Həmidov, ümumilikdə AYİB-in özəl sektora dəstək mexanizmləri, MDB ölkələrində bu təcrübənin necə tətbiq edildiyi barədə iştirakçıları məlumatlandırıb, sualları cavablandırıb və öz tövsiyyələri ilə bölüşüb.