Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. İki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası olub.
Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Nijni Novqorod vilayətində baş verib.
Belə ki, 52 yaşlı sürücü idarə etdiyi “Škoda” markalı avtomobillə ötmə əməliyyatı yerinə yetirən zaman yolun əks istiqamətinə keçib və qarşıdan gələn “Chevrolet”lə toqquşub.
Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Qəza nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır. Namiq Musayev Oxunub 28 Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.