Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avtobus, qatar və digər ictimai nəqliyyat vasitələrində tərs oturacaqda oturmaq bir çox insan üçün narahatlıq yaradır.
Bu narahatlıq əsasən ürəkbulanma, başgicəllənmə və bəzən ümumi diskomfort hissi ilə müşayiət olunur.
Bu vəziyyətin səbəbi nədir və bunun qarşısını almaq üçün nə edə bilərik?
KONKRET.az sözügedən problemin həll yollarını araşdırıb: Tərs oturacaqda oturarkən ürəkbulanma, əsasən, beyin, gözlər və daxili qulaq arasında yaranan ziddiyyətdən qaynaqlanır.
Vestibulyar sistem, yəni daxili qulaqda yerləşən tarazlıq orqanı, bədənin hərəkətini hiss edir.
Lakin tərs oturacaqda oturarkən gözlər hərəkətin istiqamətinə uyğun olmayan bir mənzərəni görür.
Bu, beyində qarışıqlıq yaradır, çünki beyin hiss etdiyi və gördüyü məlumatları uyğunlaşdırmaqda çətinlik çəkir.