“Oturacaqların hamısı dəyişəcək, yeniləri quraşdırılacaq” Tovuzda

23.04.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Bildiyiniz kimi, “Kəpəz” ev oyunlarını Tovuz şəhər stadionunda keçirir.

30-cu turun “Kəpəz” - “Araz-Naxçıvan” matçında qonaq sektordakı tribunanın oturacaqların yarısının söküldüyünün şahidi oldum. Tovuz şəhər stadionunun qonaq sektorunda yeni dam örtüyünün tikintisi planlaşdırılır.
Qonaq sektordakı oturacaqlar tam sökülübmü? Arenaya dam örtüyü nə zaman quraşdırılacaq? Bu sualları “Turan Tovuz”un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevə ünvanladıq:

“İnfrastruktur layihəsinin bir hissəsidi. Tribunanın damının quraşdırılması layihələndirilir. Mövsümün sonuna kimi onu etmək çətindi. Oturacaqların hamısı dəyişəcək, yeniləri quraşdırılacaq”.


ƏSƏD SEYİDOV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью