Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mütəxəssislər bildirirlər ki, uzun müddət oturaq şəkildə işləmək insan sağlamlığına ciddi zərər vurur.
Metbuat.az xəbər verir ki, fiziki aktivliyin azalması nəticəsində piylənmə, ürək-damar xəstəlikləri, bel və boyun ağrıları, həmçinin şəkərli diabet riski artır.
Araşdırmalara görə, fasiləsiz 6-8 saat oturmaq qan dövranını zəiflədir və əzələlərin zəifləməsinə səbəb olur. Bundan əlavə, uzun müddət kompüter qarşısında qalmaq görmə qabiliyyətinə də mənfi təsir göstərir.
Həkimlər oturaq işdə çalışanlara hər 30-40 dəqiqədən bir ayağa qalxıb hərəkət etməyi, iş mühitində qısa gəzintilər etməyi və düzgün qaməti qorumağı tövsiyə edirlər.